9 mart 2024 at 11:22
Jurnalist kodu: 5487
Xəbər kodu: 85412753
T T
0 Persons

Tags

CENTCOM Yəmənin geniş dron hücumunu etiraf etdi

9 mart 2024 at 11:22
Xəbər kodu: 85412753
CENTCOM Yəmənin geniş dron hücumunu etiraf etdi

Tehran - İRNA - ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) Yəmən qüvvələrinin bu gün səhər saatlarında genişmiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirdiyini açıqlayıb.

CENTCOM açıqlamasında əlavə edib: “Yəmən Ənsarullah Hərəkatı şənbə günü səhər saatlarında Qırmızı dəniz və Ədən körfəzində genişmiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirdi.”

Bəyanatda əlavə olunur: “Müttəfiqlərimizin iştirakı ilə Yəmən Ənsarullahının Qırmızı dənizdə hücumunun qarşısını aldıq.”

Bəyanatda bu səhər Qırmızı dəniz və Ədən körfəzində 15 Yəmən pilotsuz təyyarəsinin vurulduğu qeyd olunur.

Ötən bir neçə ay ərzində Yəmən Ordusu Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında sionist rejimə aid və ya işğal olunmuş ərazilərə gedən bir neçə gəmini hədəfə alıb. 

Yəmən Ordusunun qüvvələri bildiriblər ki, sionist rejim Qəzzaya hücumlarını dayandırmayana qədər onlar bu rejimin gəmilərinə və ya Qırmızı dənizdə işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarını davam etdirəcəklər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .